Tədris ilinin ikinci yarımilinin qiymətləndirilməsi ilə bağlı qərar verildi – RƏSMİ
“2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlər arasında kiçik summativ qiymətləndirmə (KSQ), böyük summativ qiymətləndirmənin (BSQ) keçirilməsi nəzərdə tutulmur”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, şagirdlərin qiymətləndirilməsində birinci yarımil üzrə qiymətlər əsas götürüləcək:
“Onlar növbəti sinifə keçiriləcək. Öz nəticələrindən razı olmayan şagirdlər tədris öncəsi müraciət edib, nəticələrini yaxşılaşdıra bilərlər”.Oxu.Az

