Dünya 

Moskvada baş həkim koronavirusdan öldü

Moskvada 180 saylı şəhər poliklinikasının baş həkimi Yuliya Sergeyeva vəfat edib.

ARANTV.AZ  medicina.az-a istinadən bildirir ki, baş həkim iş yerində koronavirusa yoluxub, 43 gün idi ki. süni ventilyasiya aparatında və EKMO cihazında idi.

Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, 30 il idi ki, poliklinikada həkim çalışırdı.

Daha çox xəbərlər