Dünya 

Karantin Almaniyanın hər vətəndaşından gündə təxminən 60 avro “oğurlayır”

Almaniya alimləri hesablayıblar ki, koronavirus karantini ölkənin bir sakininə gündə təxminən 60 avroya başa gəlir.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, karantinin bir həftəsi Almaniya iqtisadiyyatına 35 milyard avroya, yəni gündə 5 milyard avroya başa gəlir.

Onların hesablamalarına görə, ölkə İkinci Dünya müharibəsi başa çatandan bəri ən pis tənəzzül dövrünü yaşayır. Alimlər hesab edirlər ki, hökumətin proqnozu səhvdir, 2020-ci ilin sonuna qədər Almaniyanın ÜDM-in 6,3 faizini itirəcəyi barədə fərziyyə isə açıq-aşkar kiçildilmiş rəqəmdir. Onların fikrincə, əvvəlki maliyyə böhranı vaxtları ilə müqayisədə 2020-ci il daha uğursuz olacaq.

Alman alimlərinin o qədər də nikbin olmayan proqnozlarına görə, ölkə iqtisadiyyatı əvvəlki səviyyəyə yalnız 2022-ci ilin sonunda qayıdacaq.

Daha çox xəbərlər