Başqa xəstəlikdən ölənlərin koronavirus kimi təqdim edilməsi iddialarına baş infeksionistdən cavab
“Bunlar şayiədir, həkim heç vaxt belə etməz”
ARANTV.AZ bildirir ki, bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev İctimai televiziyanın efirində yayımlanan 3D verilişində koronavirusla bağlı sosial şəbəkələrdə yayılan iddialarla bağlı danışarkən söyləyib.
“Bizə koronaviruslu xəstələrin sayının artmağı lazımdır mı? Olmamağı daha yaxşıdır. Bizdə ölüm faizi 1,3-dən yuxarı qalxmır. Bunun özü də yaxşı göstəricidir. Bu virusdan ölən varsa xəbər verilir, yoxdursa da bu xəstəliyin adı çəkilmir”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialarda başqa xəstəlikdən ölən şəxslərin yaxınlarına pul təklif edilərək koronavirus kimi qeyd olunması bildirilir.Milli.Az

