Hadisə 

Bakıda vətəndaşlar mağazadan oğurluq edən şəxsi tutdular

Bakıda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

ARANTV.AZ xəbər verir ki, hadisə ötən gün axşam saatlarında, paytaxtın Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən geyim mağazalarından birində olub.

Mağazanın soyunub-geyinmə otağında Yevlax rayon sakini E.Qasımovun cibindən 193 manat pulu oğurlayıb getmək istəyən şəxs vətəndaşlar tərəfindən tutulub.

Mağazadakı vətəndaşlar oğurluq etməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü T.Talıbzadəni saxlayaraq, ərazi üzrə Nizami Rayon Polis İdarəsinə (RPİ) təhvil veriblər.

Nizami RPİ-nin 24-cü Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.Oxu.Az

Daha çox xəbərlər