Dünya 

İrəvanda əsgər anaları etiraz edirlər

ARANTV.AZ xəbər verir ki, “Oğullarımızın məzarlarını ziyarət etmək üçün kifayət qədər pulumuz yoxdur”. Dinc şəraitdə öldürülən erməni əsgərlərin anaları belə deyirlər.  Onların sözlərinə görə, əvvəllər hər hansısa bir yardım alırdılarsa, indi bu da kəsilib. Sosial problemlərin çoxluğundan dövlətin verdiyi cüzi müavinətlə heç nə edə bilmirlər. Əsgər analarının oğullarının ölümü ilə bağlı cinayət işlərinin araşdırılacağına da ümidləri qalmayıb. “Biz daha heç kimə inanmırıq. Əlimizdən ancaq burada oturub ağlamaq gəlir. Mən oğlumu verdim, qoy onlardan da biri oğullarının heç olmasa barmağını versin, əgər belə olsa, bu dövlətdən heç bir şey tələb etməyəcəm” –deyə, əsgər anası bildirir. Veteran pilotlar da övladlarını qeyri-döyüş şəraitində itirən hərbçilərin yaxınlarına qoşulub. Hökumət binası qarşısında aksiya keçirən keçmiş pilotlar sosial problemlərdən, onlara qarşı laqeyd münasibətdən şikayətlənirlər. Ermənistanın Vardenis şəhərindəki hərbi hissədə öldürülən, yefreytor Hovhanes Melkonyanın ailəsi də hökumətin onlara qarşı göstərdiyi biganə münasibətdən narazılıq edir. Hərbçini qətlə yetirən komandir müavini Sarkis Karapetyana məhkəmə bəraət verib. Vəkil Roza Sedrakyanın sözlərinə görə, Ermənistanda toyuq oğurlayanı dama basırlar, adam öldürəni azadlığa buraxırlar. Ailəsi deyir ki, Melkonyanın banklara xeyli kredit borcu var. O, hərbiyə də sosial vəziyyətini düzəltmək üçün gedib. Ermənistan Müdafiə Nazirliyinin mövqeyini ifadə edən Artsrun Hovhanisyan isə bildirib ki, əgər ölüm hadisəsi şüurlu şəkildə qəsdən törədilməyibsə, heç vaxt zabit həbs edilmir. Ermənistan ikinci prezidenti Robert Koçaryan və 2008-ci ildə Müdafiə nazirliyinin baş qərərgah rəisi  Yuri Xaçaturov isə azadlıqdan məhrum edilə bilər. Onlar 10 nəfərin ölümü, 250 nəfərin yaralanması ilə nəticələnmiş 1 mart 2008-ci il mitinqinin dağıdılması işi üzrə Ermənistan Xüsusi İstintaq Xidmətinə çağrılaraq dindiriliblər. İrəvan şəhərinin birinci instansiya məhkəməsi Robert Köçaryan barəsində qətimkan tədbiri qismində həbsin seçilməsi barədə vəsatət verib. Keçmiş prezident bunu syasi təqib hesab etdiyini bildirib. Yuri Xaçaturova da qarşı istintaq tədbirləri aparılır. Bundan əvvəl Ermənistan Xüsusi İstintaq Xidməti sabiq müdafiə naziri Mikayel Harutyunyana qarşı ittiham irəli sürərək, haqqında axtarış elan edib. İyulun 26-da Robert Koçaryan da istintaqa ifadə verib. Sorğunun detalları hələlik açıqlanmayıb.

Daha çox xəbərlər

Leave a Comment