Dünya 

Ermənistanda koronavirusa yoluxanların sayı 3 min nəfəri ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 3 029 nəfərə çatıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 145 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 43 nəfər koronavirusun qurbanı olub, 1 758 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Daha çox xəbərlər