Siyasət 

Öldürdüyü insanların dərisindən əşyalar hazırlayan “Buhenvald ifritəsi” – FOTOLAR

Nasist dövrü Almaniyası bir çox dəhşətli faktlarla yadda qalır. Xüsusilə həbs düşərgələrində yəhudilərin başına gətirilən müsibətlər II dünya müharibəsinə damğa vurub.

Bu müharibə dövründə Adolf Hitlerin rəhbərlik etdiyi nasist Almaniyasının yəhudilərə qarşı törətdiyi insanlıq cinayətləri barədə bir foto albomun antik əşyalar bazarda satışa qoyulduğu barədə çox yazılıb.

İnsan dərisindən hazırlanan bu foto albom nasistlərin törətdikləri insanlıq cinayətlərinə birbaşa sübutudur. Albomun müəllifi İlse Koçdur. Buhenvald düşərgəsində vəzifə daşıyan İlse Koç, “Buhenvald ifritəsi” kimi də tanınıb.

Tarixdəki ən qəddar şəxslərdən biri olan, öldürdüyü insanların dərilərindən istifadə edən İlse Koç haqqındna məlumatları sizlərə təqdim edirik.

Ilse koch

1906-cı ildə anadan olan İlse Koç siyasi cinayət həbsxanalarının rəisi Karl Otto Koçun həyat yoldaşı idi. Cütlük 1937-ci ildə evlənmişdi.

Evlilikləri müddətində İlse Koç “Sachsenhausen” düşərgəsində gözətçi və katib kimi işləyib. Əri Buhenvald düşərgəsinin komandiri təyin edildikdən sonra ailəlikcə oraya köçdülər.

Buhenvald düşərgəsində 20 min insan saxlanılıb. İlse burada məhbuslara qarşı sadist münasibəti ilə tanınıb.

Ilse koch

Koç döyməli bədənləri sevirmiş. O, bəzən öldürdüyü əsirlərin dərisinə özü də döymələr edib. Ölən əsirlərin bədənindəki döymələri kəsib həmin hissələrdən çantalar, əlcəklər, gecə lampaları, hətta alt paltarları düzəldib.

Bundan başqa, İlse düşərgədə insanlara işgəncə verir, döyür, təhqir edir, onları cinsi əlaqədə olmağa məcbur edirdi.

1943-cü ildə, cütlük gestapo tərəfindən SS fondlarından pul oğurlamaqda və bəzi SS üzvlərini öldürməkdə günahlandırılıb.

Ilse koch

1945-ci ilin aprelində Karl Koç edam edilib. İlse bir müddətlik azalığa buraxılıb, lakin 1945-ci ilin iyun ayında ABŞ əsgərləri tərəfindən həbs edilib. 1947-ci ildə Buhenvalda baş verənlərə görə ömürlük həbs cəzasına məhkum olunub. Ancaq 1948-ci ildə hamilə olduğu üçün cəzası 4 ilədək endirilib. İddialara görə, İlse Koç cəzasını yüngülləşdirmək üçün həbsxana mühafizəçilərindən birindən hamilə qalmışdı.

Ilse koch

2 il sonra sərbəst buraxılan İlse Koç o dönəmdə yeni sübutların ortaya çıxmasına, 50 min cinayət işində iştirakına görə yenidən ömürlük həbs cəzasına məhkum edilib.

Həbsxana həyatında çətinlik çəkən İlse Koç 1967-ci il sentyabrın 1-də, gözlədiyi əfv fərmanına adı düşmədiyi üçün kamerasında özünü asaraq intihar edib.

 

Ilse koch

Ilse koch

 Musavat.com

Daha çox xəbərlər