Hadisə 

Bakıda bağça və tədris mərkəzindən oğurluq edən şəxs ələ keçdi

Bakıda bağçada və tədris mərkəzində oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də rayon ərazisindəki uşaq bağçalarının birindən kompüter və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş H.Seyidov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun bir tədris mərkəzindən 1 500 manat dəyərində televizor, iki kafedən 3 080 manat dəyərində üç ədəd oyun aparatı və müşahidə kamerası, iki çay evindən isə 400 manat dəyərində televizor və monitor oğurlaması da müəyyən edilib.

Daha çox xəbərlər