Bakı-Quba-Rusiya sərhədi yolunun 100 km-lik hissəsində işlər yekunlaşır
Bakı-Quba-Rusiya sərhədi avtomobil yoluna alternativ çəkilən M1 magistral yolunun 100 kilometrlik hissəsinin tikintisi yekunlaşmaq üzrədir.
ARANTV.AZ xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, artıq adıçəkilən yolda tamamlanma işləri aparılır:
“Rusiya sərhədinə qədər yeni inşa edilən avtomagistralın 100 kilometrə yaxın hissəsinin tikintisi bitmək üzrədir”.
Xatırladaq ki, Bakı-Quba-Rusiya sərhəddi avtomobil yoluna alternativ çəkilən yol ödənişli olacaq.

