Dünya 

Fransada 5400 hərbçinin SARS-CoV-2 virusuna yoluxduğu bildirilir

Fransa müdafiə sahəsində 5400 hərbçinin SARS-CoV-2 virusuna yoluxduğu bildirilir. Müdafiə Nazirliyi nəzdində yeni koronavirusa 1771 yoluxma halı təsdiqlənib.

ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda Fransa Müdafiə naziri Florans Parli Senatda dinləmələrdə bildirib.

Qeyd edib ki, müxtəlif ölkələrdə hərbi missiyalarda olan və yeni koronavirusa yoluxan hərbçilərin sayı yuxarıda göstərilən ümumi rəqəmə daxil edilməyib.

Xatırladaq ki, Şarl dö Qol (Charles de Gaulle) aviadaşıyıcı gəmidə hərbi dənizçiləri, eləcə də “Barxane əməliyyatı” çərçivəsində Sahel bölgəsində yerləşdirilmiş Fransa hərbi missiyasının hərbçiləri arasında da mindən çox yoluxma aşkarlanmışdı.

Daha çox xəbərlər