Region Xəbərləri 

Lənkəran sakinlərinə tibbi maska paylandı – FOTO

Lənkəranda xüsusi karantin rejiminin tələblərinə nəzarət və profilaktik tədbirlər gücləndirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Lənkaran regional qrupu məlumat yayıb.

Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejimin tətbiq edilməsinə nəzarət Lənkəran rayonunda da gücləndirilib.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin kəsərliliyini artırmaq məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev şəxsən sakinlərlə maarifləndirici söhbətlər aparıb, tövsiyələrini veriblər.

Bir daha vətəndaşlara karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən müntəzəm istifadə olunmasının, sosial məsafənin gözlənilməsinin, əsasən, bankların qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb, növbə gözləməyin vacibliyi çatdırılıb.

Maddi yardımların verilməsi ilə bağlı poçt məntəqələrinin, bankların və digər idarələrin  qarşısında sosial məsafənin gözlənilməsinin təmin edilməsi məqsədilə cizgilənmə işləri aparılıb.

Tədbirlər zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ümumilikdə 1 800-dən çox vətəndaşa tibbi maska paylanılıb və evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməsinin, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlanılmasının, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət edilməsinin onların və yaxınlarının sağlamlığı üçün zəruri olduğu qeyd edilib.

Sakinlər də öz növbəsində onların sağlamlığını diqqətdə saxladıqlarına və bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərə görə minnətdarlıqlarını ifadə ediblər.

Daha çox xəbərlər