Dünya 

Sloveniyada azərbaycanlı partizanın məzarı tapıldı – FOTO

Qazaxıstandan olan şəxs 1944-cü ildə həlak olmuş sovet əsgərlərinin dəfn olunma yerini tapıb.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, Şımkentdən olan Omarbek Alibekov tapdığı məlumatların yayımlanmasını xahiş edib.

“1944-cü ildə ölən Sovet partizanlarının qardaşlıq qəbiristanlığı Sloveniyanın Spodnya İdriya bölgəsində yerləşir”, – Alibekov deyib.

Dosent orada dəfn olunan şəxslərin adını açıqlayıb:

Azərbaycanlı Mirzəcan Mirzəcanov – 1916-cı il təvəllüdlü;

Qazaxıstanlı Tuleş İrjanov – 1921-ci il təvəllüdlü;

Türkmənistanlı Arip Talimov – 1921-ci il təvəllüdlü;

Türkmənistanlı  Cumanazar Kulnazarov – 1922-ci il təvəllüdlü.

Həlak olan şəxslər Qırmızı ordunun hərbçiləri olub, Yuqoslaviyadakı 1-ci rus partizan briqadasının tərkibinə daxil idilər.

Daha çox xəbərlər