Səfir paradda iştirakına görə istefa verməli olub
Slovakiyanın Belarusdakı səfiri Yozef Miqaş Minskdə mayın 9-da Qələbə günü paradında iştirak etdiyi üçün istefa verməli olub.
Buna səbəb kimi Miqaşın paradda iştirak edəcəyi ilə bağlı qabaqcadan mərkəzi aparata məlumat verməməsi göstərilir. Belə ki, səfir kommunikasiya qaydalarını pozduğu üçün istefa verib və onun istefası Bratislavada qəbul edilib.
Miqaş isə paradda iştirakını atasının partizan və antifaşist olması ilə əsaslandırıb.
(Qafqazinfo)

