Baş prokurorluq kadr dəyişiklikləri ilə bağlı məlumat yaydı
Baş Prokurorluqda yenidən kadr dəyişiklikləri olub.
ARANTV.AZ-ın məlumatına görə, bununla bağlı müvafiq əmrləri Baş prokuror Kamran Əliyev imzalayıb.
Əmrə əsasən, Sabunçu rayon prokuroru Ceyhun Şirinov və Qəbələ rayon prokuroru Məqsəd Orucov tutduqları vəzifədən azad ediliblər.
K.Əliyevin digər əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov da işdən çıxarılıb.
Baş prokuror K.Əliyevin imzaladığı digər əmrlə Ağstafa rayon prokuroru Aslan Surxayev da tutduğu vəzifədən azad olunub.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Oxu.Az-ın sorğusuna cavabında faktı təsdiqləyib.
Qeyd edib ki, həmin şəxslər qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunublar.

