Hadisə 

Qobustanda “KamAZ” azyaşlını vurub öldürdü

Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, oktyabrın 1-də, saat 17:00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Paşayev idarə etdiyi “KamAZ-6520” markalı avtomobillə yolu keçən qəsəbə sakini, doqquz yaşlı Ayxan Hüseynovu vurub və nəticədə azyaşlı hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

oxu.az

Daha çox xəbərlər