Hadisə 

Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanıldı

Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

ARANTV.AZ-ın məlumatına görə, Bakı şəhər sakini V.Pirizadəyə məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evdən 1 700 manatlıq məişət əşyaları, onun oğluna məxsus evdən isə tikinti alətləri, elektrik naqilləri və digər məişət əşyaları oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Ağarəsul Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.APA

Daha çox xəbərlər