Rusiyada koronavirusdan ölənlərin sayı 2 500 nəfəri keçdi
Rusiyada koronavirusa yoluxma göstəriciləri artır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 9 200 nəfər virusa yoluxub, 119 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 272 043 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 2 537 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 63 166 nəfər virusdan sağalıb, 206 340 nəfərin müalicəsi isə davam edir.

