Bərdədə keçirilən imtahanlarda yeddi rayondan 1827 abituriyent iştirak edib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə iyulun 26-da Bərdə şəhərində keçirilən qəbul imtahanları uğurla başa çatıb.
ARANTV.AZ xəbər verir ki, imtahanlarda Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Xocavənd, Beyləqan və Laçından 1827 abituriyent iştirak edib. Bərdə şəhər 5, 6, 8 və Ağdam 12 nömrəli (Bərdədə) tam orta məktəblərdə təşkil olunan imtahanlar 13 imtahan rəhbəri və 146 nəzarətçi-müəllim tərəfindən idarə olunub. Saat 11:00-da başlayan imtahanlar təlimata uyğun olaraq 3 saat davam edib və vaxtında başa çatıb.
Qeyd edək ki, imtahan materiallarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.azərtac

