Paşinyana “keç bayrağımızın altından” deməyənədək…
Erməni baş nazirinin quyruq acısını tarixi şəxsiyyət Rəsulzadədən çıxmasının səbəbi həm də Prezident Əliyevdən qorxması və ona qəzəbinin nəticəsidir…
Ermənistanın baş naziri Nikol Paşinyan kirli saqqalı, hiyləgər gözləri, həyasız siması və yalançı dili ilə tipik ermənidir. Onu erməni siyasətçilərindən fərqləndirən olsa-olsa, həm də xameleon demokrat cildinə girməsidir, amma ağzını açan kimi o da özünü ifşa edir. Özü də fərqi yoxdur, hansı dildə-bərbad ləhcəsi ilə ingilis dilində olsa belə, yalanları dalbadal uydura bilir.
Paşinyan həm də Azərbaycan prezidenti İlham Əliyevdən qorxur. Bunu heç bir aşırı vətənpərvərlik hissi olmadan və şişirmədən deyirəm. Danışıqlar prosesinin dalana dirənməsinin psixoloji səbəblərindən biri də Paşinyanın canındakı bu qorxudur. Prezident Əliyev MDB dövlət başçılarının sammitində erməni faşistinə İrəvanda abidə qoyulduğunu deyəndə də, Münhendə tarixi dərsi keçəndə də Paşinyan qorxurdu. Həqiqət onun üzünü qızartmadı, amma canına qorxu saldı. Axı bunu bütün dünya görüb, eşidirdi. Ermənilər dünyanı asanlıqla çaşdıra biliblər, amma daha ən yaxşı bacardıqları işin də öhdəsindən gələ bilmirlər.
![]()
Azərbaycan Prezidenti son Münhen debatında Paşinyanın simasında bütün erməni diasporunun illərlə gördüyü işi qara qəpiklik etdi. Onlar Paşinyanı həm də buna görə sıxırlar. “Pul veririk, niyə yaxşı oynamırsan ara?” soruşaraq… Paşinyanın bu cür sayıqlamalarının səbəblərindən biri də həm bu qorxu hissi, həm də özünü təsdiq etmək istəyidir. Erməni baş nazirinin quyruq acısını tarixi şəxsiyyət Rəsulzadədən çıxmasının səbəbi həm də İlham Əliyevə olan qəzəbinin nəticəsidir.
Paşinyan Azərbaycanın həssas nöqtələrini bilir. Onun biri Qarabağ, Şuşadırsa, bir də Məhəmməd Əmin Rəsulzadədir. Faşistə işləyən babaları ilə Rəsulzadəni müqayisə etmək tarixi korazehinlikdir. Amma bu, qəsdən və bilərəkdən etdikləri birinci saxtakarlıq deyil, on minincidir bəlkə də… Ermənilərin son 100 ildə ortaya çıxarası, dünyanın tanıdığı bir tarixi şəxsiyyətləri olmayıb, o səbəbdən dərdləri böyükdür. Guya Paşinyan(lar) bilmir ki, onların babaları qonşu qapılarında nökərçilik edəndə müasir azərbaycanlıların babaları müstəqil dövlət qururdular- tarixə Şərqdə ilk demokratik respublika kimi yazılmış Azərbaycan Xalq Cümhuriyyətini…
![]()
Paşinyan savadsız da deyil, amma inkarçılıq, yalançılıq və tarixi saxtakarlıq onun mənsub olduğu xalqın qanındadır. Bu, Paşinyan məsələsi deyil həm də- qan məsələsidir, genetikadır, sümükdür. Erməni baş nazirin oğlu da aşağı-yuxarı elə olacaq, sadə fəhlə Qaqonun oğlu da. O səbəbdən Paşinyanın Rəsulzadəyə dil uzatmasına bir baş nazirin sayıqlamaslı kimi baxmaq lazım deyil. Paşinyan Rəsulzadəyə böhtan atacaq, bir başqa erməni həqiqətimi deyəcək? Yox! Yəni nazir təkcə Azərbaycanın tarixi şəxsiyyətinə böhtan atmır, ermənilərin nifrətini ifadə edir. Bunun əksini düşünən demokratlar, “bütün xalq baş naziri kimi nifrətlə düşünə bilməz”, “ermənilərin içərisində də həqiqəti deyə bilən var”, “sadə ermənilərin günahı yoxdur” deyənlər varsa, onlar ya ermənilərin xislətini bilmir, ya da erməni faşizminin törətdiklərini unudub.
Məni milli diskriminasiyada suçlayan varsa, suçlasın. Erməni bizim düşmənimizdir! Bunu birdəfəlik hər gün vərəqlədiyiniz yaddaş kitabınıza, ağlınızın ən ön səhifəsinə yazın lütfən. Bunun əksinə heç vaxt, heç kimə sübut etməyə çalışmayın. Heç bir erməni heç vaxt “azərbaycanlılar yaxşıdır, Qarabağ onların dədə-baba torpağıdır, onlarla birgə adam kimi yaşayırdıq” həqiqətini dilə gətirməz. Dilini kəsərlər, onu da şərləyərlər, onu da arxadan vurarlar.
Paşinyan hakimiyyətə yeni gələndə maskası təzə idi, üzünü də, içini də qismən gizlədə bilirdi. Amma çox tezliklə o da kimliyini göstərdi, həm də həyasızlıqda, yalançılıqda, xainlikdə heç də özündən əvvəlkilərdən geri qalmadığı məlum oldu.
Bu millətlə danışmağın bir yolu var: Rəsulzadənin ilk dəfə Şərqdə qaldırdığı müstəqillik bayrağını Qarabağ və ətraf rayonlarda ən yüksək təpəyə sancıb onlara “keçin bayrağımızın altından” deyib qovmaq…
Nazim SABİROĞLU,
Musavat.com

