Türkiyədə bir gündə koronavirusdan 44 nəfər vəfat edib
Bu gün Türkiyədə koronavirusa daha 1368 yoluxma qeydə alınıb. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 149435 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün sosial şəbəkədəki hesabında xəbər verib.
Nazir bildirib ki, COVID-19-dan son bir gündə 44 nəfər vəfat edib. Beləliklə, pandemiya ərzində ölkədə virusdan ölənlərin sayı 4140 nəfər təşkil edir.

