Maraqlı 

Bu ölkədə koronavirusa yoluxanları və onların əlaqələrini izləmək üçün mobil tətbiq hazırlanır

Latviyada COVID-19 virusuna yoluxan insanları və onların əlaqələrini izləmək məqsədilə mobil tətbiq hazırlanır.

ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Krişyanis Karinş bildirib.

Onun sözlərinə görə, hazırda Latviya şirkətləri insan nəzarəti vasitələrinə qənaət etməyə imkan verən və təmin edə biləcək iki tətbiq üzərində işləyir. Tətbiqlər mayın sonu-iyunun əvvəlində hazır ola bilər.

K. Karinşin söyləyib ki, bu, Latviya və Avropa cəmiyyətini azadlığa buraxmaq üçün bir imkan olacaq. Tətbiqlərdən biri karantində olan insanların yaşayış yerini nəzarətdə saxlamaq məqsədini daşıyacaq, ikincisi isə könüllü olaraq çalışacaq və virusa yoluxmuş xəstələrin əlaqə saxladığı şəxsləri müəyyənləşdirmək üçün mobil məlumatlardan istifadə edəcək.

Daha çox xəbərlər