Dünya 

ABŞ Ukraynaya koronavirusla mübarizə üçün 15,5 milyon dollar ayırıb

Ukrayna hakimiyyəti yeni növ koronavirusla mübarizə üçün ABŞ-dan 15,5 milyon dollar yardım alıb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, Kiyev ABŞ-dan yerli tibb müəssisələrinin xəstələrə qulluq və koronavirusa qarşı mübarizədə imkanlarını yaxşılaşdırmağa imkan yaradacaq 13,1 milyon dollar humanitar yardım alıblar.

Bundan əlavə, Ukrayna tərəfi ABŞ-dan pandemiya dövründə əhalinin həssas qruplarına dəstək üçün nəzərdə tutulan 2,4 milyon dollar da alıb.

Qeyd edilir ki, son 20 il ərzində ABŞ Ukraynaya təxminən 5 milyard dollar yardım ayırıb.

Daha çox xəbərlər