Dünya 

Bu ölkədə koronavirusla bağlı məhdudiyyətlərin müddəti uzadılıb

İndoneziyanın paytaxtı Cakarta şəhərində koronavirus təhlükəsi ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin müddəti iyunun 4-dək uzadılıb.

ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bunu Cakartanın qubernatoru Anies Basvedan bəyan edib.

A.Basvedan bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan geniş sosial məhdudiyyətlərin müddəti iyunun 4-dək uzadılıb. Qubernator qeyd edib ki, son iki həftə ərzində yoluxma ilə bağlı göstəricinin azalması şəhər hökumətinə məhdudiyyətləri aradan qaldırmaq imkanı verəcək.

Xatırladaq ki, İndoneziya paytaxtında iki həftə müddətinə nəzərdə tutulan ilk məhdudiyyətlər aprelin 10-da tətbiq olunub və sonradan mayın 22-dək uzadılıb.Qeyd edək ki, son məlumatlara görə, İndoneziyada indiyədək koronavirusa 18 min 496 yoluxma halı qeydə alınıb. Ümumilikdə, 4467 nəfər sağalıb, 1221 nəfər vəfat edib.

Daha çox xəbərlər