Rusiyada iyunun 1-dən turizm bərpa olunacaq
İyunun 1-dən etibarən Rusiyanın regionlarında turizm obyektləri karantindən mərhələlərlə çıxmağa başlayacaq.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Turizm Agentliyinin rəhbəri Zarina Doquzova məlumat verib.
Onun sözlərinə görə, ilkin mərhələdə lisenziyası olan sanatoriyalar, kotteclər və otellər açılacaq:
“Bununla yanaşı təhlükəsizlik tədbirlərini də zəiflətmək olmaz. Hansısa turizm obyektində koronavirus xəstəsi aşkar edilərsə, müəssisənin karantinə bağlanıb-bağlanmaması məsələsi müzakirə olunacaq”.

