Türkiyə ordusunda koronavirusa yoluxma nə qədərdir?
“Suriya və İraqın şimalında terrorla mübarizəmiz davam edir. Yanvarın 1-dən bu günə kimi 1411 terrorçu zərərsizləşdirilib”.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
Nazir yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində görülən işlərdən də danışıb.
H. Akar qeyd edib ki, başqa ordularla müqayisədə Türkiyə Silahlı Qüvvələrində koronavirusa yoluxma halları azdır.
“Bu, həqiqətən böyük uğurdur”, – deyə o vurğulayıb.

