“İlin qadını” mükafatını əri tərəfindən əli kəsilmiş qadına verdi – FOTOLAR
“Xatırlayırsınız, mən öz “Əllərsiz xoşbəxtəm” kitabımı Regina Todorenkoya göndərmişdim, bu gün isə ondan cavab olaraq bağlama gəldi”, – “İlin qadını” heykəlciyi ilə fotosunu paylaşan qadın yazıb.
Qraçeva izləyicilərini teleaparıcının ünvanına neqativ şərhlər yazmamağa çağırıb. O bildirib ki, Todorenko “Nasiliyu.net” (“Zorakılığa yox”) mərkəzinə 2 milyon rubl məbləğində ianə edib və hazırda məişət zorakılığına məruz qalanlar üçün xüsusi proqramın hazırlanması ilə məşğuldur.
“Biz hamımız səhv edirik, amma əsas olan onları düzəltməyə cəhd etməkdir”, – Qraçeva qeyd edib.
Xatırladaq ki, R. Todorenkonun bu yaxınlarda məişət zorakılığı ilə bağlı işlətdiyi ifadələr birmənalı qarşılanmamışdı. O bildirmişdi ki, qadınlar ərlərinin zorakılığının səbəbi barədə düşünməlidirlər. “Bəs səni döyməməsi üçün nə etmisən?” sözlərini işlədən Todorenko buna görə cəmiyyət tərəfindən sərt tənqidlərə məruz qalmışdı. Bundan sonra “Procter & Gamble” şirkətinə məxsus olan “Pampers” markası Regina Todorenko ilə əməkdaşlığına son qoymuşdu. Eyni zamanda “Glamour” jurnalının redaksiyası da Todorenkonu “İlin qadını” titulundan məhrum etmişdi.



