Dünya 

Latviyada koronavirusa yoluxanların sayı artıb

Latvaiyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 1016 nəfərə çatıb.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 92 min 751 nəfər müayinə olunub.

Məlumata əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1783 nəfərdən analiz götürülüb.

Yeni növ koronavirusdan 21 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 694 nəfər təşkil edib.

Ölkədə virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Daha çox xəbərlər