Nəsimi rayonundan təhsil işçisi: Mən sevinirəm ki, dünyanın siyasi xadimləri arasında xüsusi nüfuza malik Prezidentim var
“Azərbaycan Respublikasının Prezidenti tərəfindən başlanmış hüquqi, institusional və kadr islahatları 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir”.
“İki sahil” xəbər verir ki, bunu Nəsimi rayonundan təhsil işçisi Nərgiz Əliyeva ölkə başçısına ünvanladığı minnətdarlıq məktubunda bildirib.
Nərgiz Əliyeva bildirib ki, aparılan islahatların əsas istiqamətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir: “Bu sahədə əldə edilmiş uğurlar dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunub. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə cıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun hüquqi tədbirlərin görülməsi zəruri olub”.
“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkar əməliyyatçıları tərəfindən Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunub” – deyən Nərgiz Əliyeva əlavə edib ki, 8 may 2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkar əməliyyatçıları tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü cox gözlətməyən nəticəsi olub: “Qeyd olunan nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanuna zidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilib”.
Nərgiz Əliyeva vurğulayıb ki, dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin həyata keçirilən təxirəsalınmaz tədbirləri nəticəsində dövlətimiz bu bəlanın öhdəsindən minimum itkilərlə gəlir. Artıq dünya dövlətləri koronovirusa qarşı Azərbaycan modelindən istifadə edirlər: “Hörmətli Prezidentim, bu gün Sizin düzgün siyasətiniz nəticəsində Azərbaycanda xüsusi karantin rejimi günlərində Nazirlər Kabinetinin nəzdində yaradılmış Operativ Qərargah vətəndaşlara vaxtlı vaxtında yüksək səviyyədə xidmət göstərir. Bu ağır və şərəfli yolda Prezidentimizlə çiyin-çiyinə Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyeva yorulmadan xalqa xidmət etməkdə davam edir. Bunun bariz nümunəsi kimi COVID-19-la mübarizə məqsədilə qısa bir zamanda modul tipli xəstəxanaların istifadəyə verilməsini göstərmək olar. Həmişəki kimi, bu çətin və şərəfli işdə Heydər Əliyev Fondu da öz dəstəyini əsirgəməmişdir. Mən sevinirəm ki, dünyanın siyasi xadimləri arasında xüsusi nüfuza malik Prezidentim var. Bu müqəddəs günlərdə Sizə və ailənizə möhkəm cansağlığı arzulayıram”.

