Hadisə 

Bakıda minik maşını dəmir yolu xəttinin mühafizə çəpərinə çırpıldı

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə Hüseyn Rəsulbəyov küçəsində qeydə alınıb.

“Mercedes” markalı minik idarəetmədən çıxaraq, dəmir yolu xəttinin mühafizə çəpərlərinə çırpılıb.

Sürücü yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı əraziyə Yol-Patrul Xidmətinin əməkdaşları cəlb edilib.APA

Daha çox xəbərlər