Azərbaycan məhsulları Ukraynanın ən böyük market şəbəkələrində satışa çıxarılıb
ARANTV.AZ xəbər verir ki, Kiyevdə fəaliyyət göstərən “Azərbaycan Ticarət Evi” ölkəmizdə istehsal olunan kənd təsərrüfatı, şərab və digər yerli məhsulların Şərqi Avropada daha geniş coğrafiyada satışını təmin etmək üçün Ukraynanın müvafiq qurumlarından sertifikat və lisenziyalar alıb. Nəticədə, Azərbaycan məhsulları Ukraynanın ən böyük market şəbəkələrində satışa çıxarılıb.
Prezident İlham Əliyevin göstərişinə əsasən “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi məqsədi ilə xarici ölkələrdə yaradılan Azərbaycan Ticarət evləri ölkəmizdə istehsal olunan məhsulların xarici bazarlara çıxarılmasına əsaslı təkan verib. Bu baxımdan bu ilin iyununda Kiyevdə fəaliyyətə başlayan Azərbaycan Ticarət evi ötən dövr ərzində Ukraynanın müvafiq qurumlardan sertifikatlar alıb. Bu isə iş adamlarına öz məhsullarını bu ölkədə realizə etməsinə geniş imkan yaradıb.
“Azərbaycan Ticarət evi” ölkəmizdə istehal olunan məhsulların ticarət dövriyyəsini artırmaq üçün Ukraynanın böyük vilayət və şəhərlərinin market şəbəkələri ilə müqavilə imzalayıb.

