Siyasət 

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Kampaniya Strategiyası hazırlanıb

ARANTV.AZ xəbər verir ki, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda BMT-nin Baş Qərargahında dəyirmi masa təşkil edilib. “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi tərəfdaşlıq vasitəsilə dəyişikliyin katalizatoru kimi” mövzusunda yüksək səviyyəli” dəyirmi masada Azərbaycan da təmsil olunub.

2030-cu il Gündəliyinin uğurlu icrası, ictimai maarifləndirmənin aparılması, milli, regional və yerli maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti, biznes sektoru və kütləvi informasiya vasitələrinin səfərbər edilməsi məqsədilə Azərbaycan Hökuməti və BMT-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən 2017-2018-ci illəri əhatə edən Dayanıqlı İnkişaf Məqsədləri üzrə Kampaniya Strategiyası hazırlanıb. Bu barədə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində keçirilən dəyirmi masada məlimat verilib. Dqqətə çatdırılıb ki, Azərbaycanda milli prioritetlərin və göstəricilərin müəyyənləşdirilməsi, sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə uyğunlaşdırması prosesi davam etdirilir. BMT-nin fəaliyyət planına uyğun olaraq Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirmə prosesi üçün müxtəlif qruplarla görüşlər, simpoziumlar, konfranslar keçirilir. Azərbaycanda qadınların hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmini sahəsində görülən işlər, əldə olunan nəticələr barədə də danışılıb. Ölkəmizdə qadınların fəallığının və potensialının artırılması üçün davamlı olaraq milli qanunvericilik sistemində islahatların aparıldığı bildirilib. Tədbirdə bu ilin oktyabrın 25-26-da Bakıda keçiriləcək Dayanıqlı İnkişaf üzrə Bakı Beynəlxalq Humanitar Forumu barədə ətraflı məlumat verilib, yüksək səviyyəli şəxsləri və beynəlxalq ekspertləri bu Foruma dəvət edilib. İclasda, eyni zamanda, 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün qadınların iqtisadi imkanlarının genişləndirilməsi və gender bərabərliyinin təmin edilməsi ilə bağlı müxtəlif ölkələrdə həyata keçirilən siyasət barədə müzakirələr aparılıb.

 

Daha çox xəbərlər