Dünya 

ABŞ-da ticarət mərkəzində atışma: yaralılar var

ABŞ-ın Arizona ştatında ticarət mərkəzində atışma baş verib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, Qlendeyl şəhərində baş vermiş hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir. Hadisə yerinə gələn polis əməkdaşları atəş açan şəxsi saxlayıb.

Hazırda hadisənin motivləri ilə bağlı araşdırma aparılır.

Daha çox xəbərlər