Dünya 

Rusiyada vertolyot qəzası: Karapetyan öldü

Rusiyanın Kostrom vilayətində vertolyotun qəzaya düşməsi nəticəsində Rusiya Baş prokurorunun müavini Saak Karapetyan ölüb.

ARANTV.AZ xəbər verir ki, məlumat “İnterfaks” agentliyi yayıb. Hələlik Rusiya rəsmiləri məlumatı təsdiqləməyiblər.

Qeyd edək ki, dünən “RİA Novosti” Kostrom vilayətində AS-350 vertolyotunun qəzaya düşməsi haqqında məlumat yayıb. Agentlik vertolyotdakı üç nəfərin hamısının öldüyünü bildirib.

***

Rusiya Baş Prokurorluğu Saak Karapetyanın ölümünü təsdiqləyib.

Məlumatı “Kommersant” qəzeti yayıb.

Karapetyanın Baş Prokurorluğun beynəlxalq hüquqi münasibətlər bölümünü kurasiya etdiyi bildirilib.axar.az

Daha çox xəbərlər