Maraqlı 

Arıqlamaq üsulları haqqında 10 RƏVAYƏT

Karantin günlərində keçən hərəkətsiz həyat tərzi nəticəsində çoxumuz istəməsə də, kökəldik. Qaydaların yumşaldılması və yayın yaxınlaşması bizə artıq çəkidən xilas olmaq yolları barədə düşünməyə imkan verir. Təəssüf ki, sosial şəbəkələrdə arıqlamaq barədə yayılan ənənəvi üsulların hamısı təsirli deyil.

ARANTV.AZ arıqlamaqla bağlı əsas rəvayətləri pozmağa çalışıb. Rusiyalı sağlam qidalanma mütəxəssisi Lyudmila Denisenko çəki atmağa kömək edən qidaları və vərdişləri, eyni zamanda onların təsirini açıqlayıb.

1. Kərəviz, qreypfrut və kələm yağları yandırır

Əslində yağları yandıran qidalar yoxdur. Bəziləri metabolik sürəti artıra bilər, ancaq qısa müddətlik. Bunların heç biri arıqlamaq vasitəsi deyil.

2. Yaşıl çay arıqladır

Bu, doğru deyil. Yaşıl çay arteriyalar üçün təhlükəli olan xolesterini neytrallaşdıran polifenol maddələrdən ibarətdir.

3. Sıyıq kökəldir

Taxıl həqiqətən karbohidrat mənbəyidir. Ancaq tərkibində çox miqdarda lif olan dənli bitki yeyənlərin hamısı asanlıqla kökəlmir. Əgər karbohidrat və yağları birləşdirsəniz, bədən kütləsi indeksi artar, ancaq karbohidratları yağla birləşdirmirsinizsə, əksinə azalar. Odur ki, sizin üçün əlverişli olanı seçin – çox yağlı keto pəhriz və ya çox miqdarda lif ehtiva edən dənli bitkilər.

4. İştahı öldürmək üçün alma yeyin

Doğru deyil. Alma və digər meyvələr iştahı yatırmır, əksinə onu alovlandırır.

5. Suxariklər təzə çörəklə müqayisədə az kalorilidir

Doğru deyil. Suxariklər daha yüksək kalorilidir, çünki tərkibində çörəkdən daha çox yağ var.Publika.az

Daha çox xəbərlər