Şou biznes 

“Bu qədər bərbad seçim görməmişdim” – Modelyer məşhurlarımızın geyimi haqda

Dünya ulduzlarının qala gecələrində qırmızı xalçaya çıxması hər zaman səs-küy yaradıb. Onlar gecəyə geyindikləri libaslarla günlərlə xəbər portallarının gündəmindən düşmürlər. Bəs görəsən, yerli məşhurlar qala gecələrinə nə cür geyimlərdə qatılırlar?

ARANTV.AZ-ın məlumatına görə, ötən gün Bakıda Türkiyə və Azərbaycan rejissorlarının birgə layihəsi olan “Milyonluq quş” filminin qalası baş tutub. Gecəyə qatılan məşhurlar fərqli libaslarla qırmızı xalçaya çıxıblar. Modelyer Elnarə Bəkirova ulduzlarımızın qırmızı xalçadakı geyimlərini şərh edib:

Filmdə rol alan əməkdar artist Dilarə Əliyeva gecəyə açıq bej rəngli qlamur libasla qatılıb. “Qırmızı xalçaya ən uyğun geyim seçən Dilarə Əliyevadır. Onun rəng seçimi həm özünə, həm də saç və makiyajına uyğundur. Saç və makiyajı da libasa uyğun edilib” deyə, Bəkirova bildirib.

Lalə Azərtaş sadə libas seçib. Amma işini geyiminə yansıdıb. Xəbər aparıcısı olduğu üçün onun sadə geyimə üstünlük verməsi normaldır”.

Aytəkin Mərdanova rəngli libası ilə pozitiv görünür. Düzdür, libas bir az çox qapalıdır, amma yenə də səliqəli görünür. Məsləhət görərdim ki, boynu qapalı olan paltarla saçlarını tam yığsın”.

Ülfət Bəşirin geyimi bərbatdır. Libas onun boyunu balaca göstərir. Geyimin rəngi də ona yaraşmayıb. Əlindəki çantanın isə libasa aiddiyyatı yoxdur. Saçları da düzgün düzüm edilməyib. Bu qədər bərbad seçim görməmişdim”.

Zümrüd Qasımova saç rəngini dəyişməklə böyük bir yenilik edib. Onun rəngli saçlarına elə qara geyim uyğundur. Çantası qala gecə üçün çox idman tərzdədir. Amma ümumilikdə yaxşı görünür”.

Roza Zərgərli əsl qırmızı xalça tərzində geyinib. Sadəcə olaraq yenə də libası əyninə həddindər artıq dardır. Onun hər zaman seçimi dar paltar olur. Bir az buna düzəliş etsə, daha yaxşı olar”.

Məleykə Əsədova sadə qara libasa üstünlük verib. Ümumiyyətlə, bizim məşhurlar qala gecələrinə qatılanda daha çox qara geyimlər seçirlər. Düzdür, paltar, ayaqqabı, aksessuarlar bir-birinə uyğundur və Məleykə xanıma yaraşır. Amma bir az da rəngli geyim seçə bilərdi”.

Vüsalə Əlizadənin geyimi qala gecəyə tam uyğun olmasa da, özünə yaraşır. Bircə üstündəki toxunma kofta bir az fəslə uyğun deyil. Rəng tonları da düzgün seçilib”.

Zümrüd Bədəlova qala gecəsi üçün yaxşı seçim etməyib. Üstündəki jaket və ayaqqabı heç paltara uyğun gəlmir”.

Könül Muxtarovanın geyim tərzi yaxşıdır. Amma paltar seçimi heç də düzgün deyil. İlk növbədə onu deyim ki, bu libas son günlər çox yayılıb. Paltarın rəngi Könülə yaraşmayıb. Günəşdən qaralan dərisini daha da boğub”.

Kəmalə Müzəffər sevdiyim aktrisa olsa da, geyiminə təriflər yağdıra bilməyəcəm. Gözəl qadındır, amma libası ona yaraşmayıb. Həm qala gecəyə uyğun geyim seçməyib. Həm də bu paltar payızlıq deyil. Daha çox yay ab-havasındadır”.

Aysel Əlizadəyə gəldikdə isə… Geyimlərini bir-birinə çox yaraşdırıb. Lassini bir az da dar olsaydı, çox gözəl görünərdi. Aysel çox arıqladığı üçün lassin boş qalır. Amma köynəyi çox gözəl görünür. Saç düzümü də geyim seçiminə uyğundur”.

axşam.az

Daha çox xəbərlər