Dünya 

Bakılı Rusiyada yüksək vəzifəyə təyinat aldı

Vladimir Putin Aleksandr Belqova Sankt-Peterburqun qubernatoru vəzifələrini müvəqqəti icra etməyi tapşırıb.

ARANTV.AZ xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Bu qərar Putin, Belqov və Poltavçenkonun (Peterburqun bir müddət əvvəl istefaya göndərilən qubernatoru – red.) üçtərəfli görüşü zamanı verilib. Buna qədər Belqov Şimal-Qərb federal dairəsində Rusiya Federasiyasının prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb.

Aleksandr Dmitriyeviç Belqov 1956-cı il mayın 19-da Bakıda doğulub. Onun atası İkinci Dünya Müharibəsinin iştirakçısıdır.

1983-cü ildə o, Leninqrad İnşaat Mühəndisliyi İnstitutunu sənaye və mülki mühəndislik ixtisası üzrə bitirib.

oxu.az

Daha çox xəbərlər