Siyasət 

Məhəmməd bin Zayed Al Nahyan Prezident İlham Əliyevə məktub ünvanlayıb

Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nahyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə inkişaf və rifah arzulayıram”.

Daha çox xəbərlər