Azərbaycanda ailə faciəsi – Ata öldü, qızı isə…
Mayın 21-də saat 12 radələrində Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, Füzuli rayon sakinləri Fəxrəddin Əsədovun idarə etdiyi “VAZ-2106” və E.Əlizadənin idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub. Nəticədə F.Əsədov, sərnişini olan qızı və E.Əlizadənin sərnişini xəstəxanaya yerləşdirilib. Tibbi müdaxiləyə baxmayaraq F.Əsədov orada ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.Publika.az

