Evlilik verilişinə çıxan məşhur bəy namizədin ailəsində FACİƏ – FOTO
Evləndirmə proqramına çıxan bəy adayı Birkan Keyin bacısı Kadər Key İstanbuldakı evində sevgilisi Uğur.G tərəfindən güllələnərək öldürülüb.
ARANTV.AZ xəbər verir ki, belə ki, ərindən ayrılan Kadər Key uşaqlarını saxlamaq üçün işləyirmiş. Məlumata görə, o, axşam işdən çıxıb evə gedərkən izləndiyindən xəbərsiz olub. Anidən keçmiş sevgilisi Uğur.G tərəfindən saxlanılıb.
Qısqanclıq səbəbindən başlanılan mübahisə sonda ölümlə nəticələnib. Belə ki, əsəblərinə hakim ola bilməyən Uğur.G Kadər Keyi gülələyib.
Bacısını itirən Birkan Key bildirib ki, artıq qadınlara qarşı bu cür cinayətlərə son verilsin: “İki uşaq anası vəhşicəsinə öldürülür. Belə cinayətlərə dur deməyin vaxtıdır”.
Qeyd edək ki, Uğur.G artıq polislər tərəfindən həbs edilib.
big.az

