Hadisə 

Bakıda faciəvi hadisə – 20 yaşlı oğlan öldü

Bakı şəhərinin Xəzər rayonunda ağır yol qəzası baş verib.

ARANTV.AZ xəbər verir ki, ötən gecə Qala-Türkan yolunda “Nissan” markalı minik avtomobili aşıb. Sürücünün idarəetməsindən çıxan nəqliyyat vasitəsi yolun kənarına çıxaraq yuvarlanıb. Nəticədə avtomobildə olan 2000-ci il təvəllüdlü Azər Bədirli vəfat edib. Sürücü isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Publika.az

Daha çox xəbərlər