Son bir sutkada İranda 2080 nəfər koronavirusa yoluxub
Son 24 saat ərzində İranda 2080 nəfər koronavirusa yoluxub, 56 nəfər isə həyatını itirib.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, bu günədək ölkədə 141 min 591 nəfər virusa yoluxub, 7 min 564 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 111 min 176 nəfər sağalaraq evə buraxılıb.
Mətbuat katibi bildirib ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan xəstələrdən 2 min 551-nin vəziyyəti ağır olaraq alır.

