Dünya 

Dünyada və Azərbaycanda nə qədər yəhudi yaşayır?

2025-ci ildə dünya üzrə yəhudi əhalinin sayı 15,8 milyon nəfər olub.

Bu barədə İsrailin Mərkəzi Statistika Bürosu məlumat yayıb.

Hesablamalara görə, dünya yəhudilərinin 45 faizi İsraildə, 40 faizi isə ABŞ-də yaşayır.

İsraildə 7,2 milyon, ABŞ-da 6,3 milyon, Fransada 436 min, Kanadada 407 min, Birləşmiş Krallıqda 315 min, Argentinada 168 min, Almaniyada 126 min, Rusiyada 120 min, Avstraliyada isə 117 min yəhudi yaşayır.

Məlumatda Azərbaycanda yaşayan yəhudilərin sayı qeyd olunmasa da, 2019-cu ildə keçirilən əhalinin son siyahıyaalınmasına əsasən, ölkəmizdə 5 min 94 yəhudi mənşəli vətəndaşın yaşadığı qeyd olunmuşdu. Amma İsrail mənbələrində Azərbaycan yəhudilərinin sayı daha yüksək göstərilir. Belə ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi Urf Unkauf 2023-cü ildə Azərbaycanda təxminən 30.000 yəhudinin yaşadığı qeyd etmişdi. O ölkədə təxminən 20 min nəfər dağ yəhudisinin, 8 min aşkenaz yəhudisinin və 2 min gürcü sefard yəhudisinin yaşadığını qeyd etmişdi. Onun sözlərinə görə, Azərbaycanın yəhudi əhalisi paytaxt Bakıda və Qubadakı Qırmızı Qəsəbədə cəmləşib. Digər kiçik yəhudi icmaları ölkənin ikinci ən böyük şəhəri Gəncədə, eləcə də Sumqayıt və Oğuz şəhərlərində mövcuddur./Modern.az

Daha çox xəbərlər