Almaniya səfiri: “Respublika günün mübarək, Azərbaycan!”
Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib.
ARANTV.AZ-ın xəbərinə görə, səfir bu barədə “Twitter” səhifəsində yazıb.
“Respublika günün mübarək, Azərbaycan! Bu gün 1918-ci ildə – ilk Alman demokratiyası ilə eyni ildə – Rəsulzadə, Xoyski kimi cəsur insanlar tərəfindən Cümhuriyyətin yaradılmasını qeyd edirik. 1918-ci ildə qurulan dünyəvi və demokratik Respublika bugünkü Azərbaycan Respublikasının əsasını qoyub”, – deyə diplomat qeyd edib.Oxu.Az

