Bakıda şantajla məşğul olan şəxs tutuldu – 7300 manat alıb
Bakıda şantajla məşğul olan şəxs tutulub.
ARANTV.AZ xəbər verir ki, Nərimanov RPİ-yə müraciət edən Bakı şəhər sakini N.Qubadov 2019-cu ilin dekabr ayından cari ilin aprel ayınadək olan müddətdə bir nəfərin ona hədə-qorxu gələrək 7300 manat pulunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini N.Qarayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.Publika.az

