Cəmiyyət 

Azərbaycanda faktiki hava şəraiti açıqlandı

Ölkə ərazisində hava şəraiti qeyri sabit olaraq qalır.

Bu barədə ARANTV.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib:

“Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə isə leysan xarakterli olub. Dağlıq ərazilərdə isə qar yağıb”.

Gülşad Məmmədova qeyd edib ki, Bakı və Abşeron yarmadasında yağış 6 mm, bölgələrdə yağış 1-16 mm olub, Xınalıqda bir santimetr qar yağıb.

Daha çox xəbərlər