Hadisə 

Salyanda iki avtomobil toqquşub, xəsarət alanlar var

Salyanda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, 1959-cu il təvəllüdlü Abışov Azər İsrafil oğlu və Salmanlı kənd sakini, 1959-cu il təvəllüdlü Musayev Əmiraslan İsaxan oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər