Sosial 

Məmurlardan aşkarlanan milyonlar büdcəyə verilsin – Deputatdan TƏKLİF

“Hansı məmuru vəzifəsindən azad edirlər, onun milyonları ortaya çıxır”.

ARANTV.AZ-ın xəbərinə görə, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli komitənin iclasında deyib.

Deputat bildirib ki, həmin vəsaitlər büdcəyə yönəldilməlidir:

“Məhkəmə yolu ilə məmurlardan aşkar edilən pullar büdcəyə getməlidir. Bu prosesin icra edilməsi büdcəyə xeyirdir”, – deyə Ə.Məsimli əlavə edib.Oxu.Az

Daha çox xəbərlər