Sosial 

Millət vəkili həyəcan təbili çaldı: “İnsanlar heyvan ləpirindəki suyu içirlər”

“Bu il Ağsuda susuzluqdan 45 hektar taxıl zəmisi yanıb”.

ARANTV.AZ-ın xəbərinə görə, bunu parlamentin iclasında deputat Tahir Kərimli deyib.

O bildirib ki, Ağsunun Padarqışlaq kəndində insanlar heyvanların ləpirinə toplanan suyu içirlər.

“Hesab edirəm ki, Ağsu çayı üzərində bənd tikməklə suyu bərpa etmək olar”, – deyə T.Kərimli əlavə edib.

Deputat onu da qeyd edib ki, Ağsu rayonunun bir neçə kəndində yol yoxdur, gedib-gəlmək mümkün deyil. Oxu.Az-

Daha çox xəbərlər