Dünya 

Putinin Ərdoğanla zarafatının görüntüsü yayıldı – Video

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Yohannesburqda görüşündə zarafatlaşıb.

ARANTV.AZ xəbər verir ki, Putin Rusiya ətinin Türkiyəyə çatdırılması başlananda Ərdoğanın restoran dəvətini qəbul edəcəyini bildirib.

– Siz məni restorana dəvət edəcəyinizə söz vermişdiniz, – Putin deyib.

– Mən dəvət edirəm, – Ərdoğan ona cavab verib.

– Biz razılaşdıq ki, siz ət məhsulumuzu bazara buraxmağa başlayanda və restoranda bizim ət yeməklərimiz olanda, onda nahar eləyəcəyik, – Putin yumorla cavab verib.

– Mən böyük məmnuniyyətlə, sizi gözləyəcəyəm, – Ərdoğan bildirib.

axar.az

Daha çox xəbərlər

Leave a Comment